Azərbaycan sərhədçiləri Ermənistanla sərhəddə bir sıra strateji yüksəklikləri tutublar. Bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.
“Qazax və Ağstafa rayonları ərasində sərhədin bir hissəsinin DSX-nin nəzarətinə verilməsi Azərbaycan Müdafiə Nazilriyinin hərbi hissə və bölmələrinin gələcəkdə döyüş hazırlığının yüksəlməsi, yeni ehtiyat qüvvələrinin yaradılması və hərbi heyətin döyüş qabiliyyətinin güclənməsinə yönəlib”, - İbrahimov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanla sərhəddə qeyd olunan hissələrin DSX-nin nəzarəti verildiyi vaxtdan 9 ay ərzində Qazax Əlahiddə Sərhəd Divizayası yaradılıb və diviziya tərəfindən sərhədin bu hissəsində mövqelər möhkəmləndirilib.
“Ermənistan ərazisində mühüm hərəkət yollarına nəzarət üçün optimal imkanları genişləndirən strateji yüksəkliklər tutulub. Bu hərəkətlər Ermənistan tərəfindən dövlət sərhədinin qeyd olunan istiqamətində strateji mövqeləri nəzarətə götürmək cəhdləri, həmçinin sərhədyanı yaşayış məntəqələri və Azərbaycan DSX bölmələrinin təhlükəsizliyini təmin etmək cəhdi ilə şərtlənib”, - İbrahimov qeyd edib.
O əlavə edib ki, Qazax və Ağstafa rayonlarında sərhədin bir hissəsi istiqamətində DSX bölmələrinin möhkəmləndirilməsi “böyük prosesin başlanğıcıdır”.
İbrahimovun sözlərinə görə, bu hissədə DSX-nin irəliləməsi mühüm amildir. Eyni zamanda, o, DSX qüvvələrinin nə qədər irəlilədiyini dəqiqləşdirməyib. “Müəyyən aydın səbəblərdən, bu məsələ ilə bağlı daha ətraflı məlumat vermək mümkün deyil”, - o vurğulayıb.
İbrahimov bəyan edib ki, hazırda Azərbaycan-İran sərhədinin 132 km hissəsi və Azərbaycan-Ermənistan dövlət sərhədinin 435 km hissəsi Ermənistanın işğalı altındadır.
Cari həftə bir sıra Azərbaycan KİV məlumat verib ki, DSX Ermənistanla sərhəddə dörd strateji yüksəkliyi nəzarət altına götürüb. **
F.İsazadə