Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində atəşkəs rejimini pozublar, nəticədə azərbaycanlı əsgər yaralanıb.
Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Həsən Babayev düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində güllə yarası alıb.
İnsident avqustun 15-i saat 21:30 radələrində baş verib.
“Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur”, - Azərbaycan KİV xəbər verir. **
B.Rüstəmbəyov