Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bundan başqa, general-leytenant İlham Mehdiyev, general-mayor Rəsul Tağıyev və polkovnik Aqşin Məhərrəmov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
General-leytenant İsmayıl Əkbərov, general-leytenant Əsgər Xəlilov, general-mayor Cavid Abdullayev və polkovnik-leytenant Nəsib Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
General-mayor Niyaməddin Tağıyev, polkovnik Təyyar Nəzərov, polkovnik-leytenant Babək Qurbanov, polkovnik-leytenant Vüsal Sultanov və leytenant Emin Rzayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Bundan əlavə, DSX-nin daha 73 zabiti, giziri və əsgəri xidmətdə fərqlənməyə görə medallarla təltif olunub.*
F.İsazadə