Ədliyyə Nazirliyi cəzaların icrası zamanı istifadə edilən elektron nəzarət vasitələrinin satın alınmasına 6 mln. 799,750 min manat (təxminən $4 mln.) yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, nazirlik «İdrak Texnoloji Transfer» MMC ilə elektron nəzarət vasitələrinin satın alınması haqqında müqavilə bağlayıb.
Qeyd edək ki, 2017-ci ilin noyabr ayında prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda məhkum edilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiq qaydalarının hazırlanması nəzərdə tutulur.*
F.İsazadə