Bakı şəhəri Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 2018-ci ilin payızında sürüşmənin baş verdiyi Bayıl qəsəbəsində 92 fərdi evin sökülməsinə və yamacın abadlaşdırılmasına 250 min manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, bu məqsədlə "Şa-İnşaat” MTK-ya vəsait ayrılacaq.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Bayıl qəsəbəsində növbəti dəfə sürüşmə baş verib. Bu ilin mart ayında baş nazir Novruz Məmmədov sakinlərin köçürülməsi prosesinin təmin edilməsi haqqında qərar imzalayıb. Sərəncama əsasən, Bayıl yamacındakı sürüşmə zonasından yaşayan 92 ailə köçürülməlidir. Hər bir ailəyə kompensasiya ödənilib.*
F.İsazadə