“Azərenerji” ASC 110/35/6 kV-luq Sumqayıt-3 YS-dan Yağ, Plastik və Karton zavodlarına 35 kV-luq Kabel Xəttinin çəkilməsi işlərinin satın alınmasına 2 mln. manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, “Azərenerji” qeyd olunan işlərin ppdratçısı qismində «Electro Industries» QSC-ni cəlb edib.
Seçim tender əsasında keçirilib.
Şirkətlə imzalanan müqavilənin dəyəri 2 mln. 33 min 168,37 manatdır.
Zavodlar Sumqayıt şəhərində fəaliyyət göstərir. **
N.Abbasova