"AB Standard" holdinqi 5 törəmə strukturunun ləğv edildiyini elan edib. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində məlumat verilir.
Holdinq "STANDARD FUTBOL KLUBU" MMC, "AB TRADİNG" MMC, "AB TRAVEL" MMC, "AB SKYBELL" MMC və "AB SERVİCE" firmasının bağlanmasına dair qərar qəbul edib.
“Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər”, - deyə məlumatda bildirilir.
1995-ci ildən fəaliyyət göstərən “AB Standard” Azərbaycanın ən iri holdinqlərindən biridir.*
Ə.Məmmədov