2019-cu il avqustun 1-dən 15-dək Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan üzrə İdarəsi karantin obyektləri ilə yoluxmuş 326,9 ton məhsulları Azərbaycana geri qaytarıb.
“2019-cu il avqustun 1-dən 15-dək “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsi “Yaraq-Qazmalar” buraxılış məntəqəsində idarənin mütəxəssisləri tərəfindən fitosabnitar nəzarət zamanı karantin obyektləri ilə yoluxmuş 326,9 ton məhsulları Azərbaycana qaytarıb”, - İdarənin məlumatında qeyd olunur.
RF ərazisinə buraxlmayan məhsullar arasında alma, gavalı və tütün xammalı olub.
Bütövlükdə, hesabat dövrü ərzində “Rosselxoznadzor”un İdarəsinin mütəxəssisləri tərəfindən karantin obyektləri ilə yoluxmuş 506,19 ton ümumi çəkidə məhsulların RF-ya aparılmasına icazə verilməyib. **
B.Rüstəmbəyov