"Aqro İnvest və İstehsalat" MMC nizamnamə kapitalının 500 min manatadək azaldılması haqqında qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Şirkətin təsisçilərindən birinin getməsi ilə əlaqədar cəmiyyət nizamnamə kapitalının 1 mln. manatdan 500 min manatadək azaldılmasına dair qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Bununla əlaqədar kreditorlar 1 ay ərzində şirkətə müraciət edə bilərlər.*
Ə.Məmmədov