BAKOTEK Beynəlxalq şirkətlər qrupu Bakıda nümayəndəlik açdığını elan edib.
“Bakı ofisi şirkət üçün sayca 6-cı oldu. Artıq Ukrayna, Latviya, Qazaxısatn, Polşa və Çşexiyada nümayəndəliklər fəaliyyət göstərir. Şirkət MDB, Asiya və Avropanın 25 ölkəsinin bazarlarını əhatə edir”, - qrupun məlumatında qeyd olunur.
Ofisin açılması qərarı Azərbaycan bazarında artan iştirak ilə əlaqədar olub.
“Azərbaycan bazarında iştirakımız daima artır. Bu səbəbdən, lokal tərəfdaşlar və müştərilər ilə maksimal effektiv iş məqsədilə “BAKOTEK”in Bakıda nümayəndəliyinin açılmasına dair qərar qəbul etdik. Bu ərazidə əvvəllər çalışmışıq və inkişaf, innovasiyaların hərtərəfli tətbiqi üçün regionun yüksək potensialını görürük, bu da şirkətimizin əsas hədəfidir”, - şirkətdən bəyan ediblər. **
B.Rüstəmbəyov