2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.
“UEFA-nın 70 nümayəndəsindən ibarət heyət müxtəlif sahələrdə hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, “Avro-2020”nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək və Bakı Olimpiya Stadionu, paytaxtdakı otellər, fan-zonanın təşkili üçün planlaşdırılan ərazilərlə tanış olacaqlar”, - deyə AFFA-nın məlumatında bildirilir.
“Avro-2020”nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də “A” qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq.*
B.Rüstəmbəyov