Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan vətəndaşından 74,5 min ədəd bəyan olunmayan aksiz markası müsadirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
“"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74,5 min ədəd aksiz markası aşkarlanıb”, – deyə məlumatda bildirilir.
Aksiz markaları əl yüklərinin rentgen aparatından keçirilməsi nəticəsində aşkarlanıb. Vətəndaş isə ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirmişdi.
Faktla bağlı araşdırma aparılır.*
Ə.Məmmədov