2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 min 142,8 kq gümüş hasil olunub ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 18,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İyulda ölkədə 423,7 kq gümüş hasil olunub.
1 avqust 2019-cu il tarixinə istehsalçı şirkətlərin anbarlarında hasil olunan gümüşün ehtiyat həcmi 659,5 kq təşkil edir.
2018-ci ildə Azərbaycanda 2 min 671,1 kq gümüş hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 3,8 dəfə çoxdur.
Hazırda Azərbaycanda gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Xüsusilə Azərbaycan 1997-ci il avqust ayının 21-də “Anglo Asian Mining PLC” şirkəti ilə müqavilə imzalayıb.
Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC də hasilatla məşğul olur.*
B.Rüstəmbəyov