2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 667,2 mln. manat və ya hesabat dövründə ÜDM-nin 1,5%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 12 mlrd. 435,5 mln. manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 2,5%), xərcləri 13 mlrd. 102,7 mln. manat (artım 12,5%) təşkil edib.
Yanvar-iyul aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 44 mlrd. 473,1 mln. manat təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov