2019-cu ilin I yarısında Azərbaycan 15 mln. 641 min ton neft ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 3,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $7 mlrd. 389 mln. 303 min (azalma 8,6%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin I yarısında Azərbaycan 5 mlrd. 979,7 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 33,2% çoxdur. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 mlrd. 201 mln. 171,9 min (artım 1,6 dəfə) təşkil edib.
2018-ci ildə Azərbaycan $16 mlrd. 345,52 mln. dəyərində 32 mln. 651,1 min ton neft və $1 mlrd. 705 mln. 668,6 min dəyərində 9 mlrd. 914,9 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac olunur.*
N.Abbasova