2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 460,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
7 ay ərzində respublikada 1 mln. 928 min ton sement (artım 0,5%), 26,3 min ton tikinti əhəngi (artım 54,7%), 63,7 min ton sement, süni daş və ya betondan tikinti blokları və kərpic (artım 26,5%), 165,3 min ton asfalt (artım 48,8%), 246,9 min kubmetr tikinti kərpici (artım 58,3%), 945,6 min ton hazır beton qarışığı (artım 14,4%), 20,312 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 45,2%) istehsal edilib.
Hesabat dövründə tikinti gipsi istehsalında 82,2% - 5,8 min tonadək, beton konstruksiya istehsalında 51,9% - 25,1 min kubmetrədək azalma qeydə alınıb.*
B.Rüstəmbəyov