Rusiya gömrükçüləri 1,7 mln. rubldan ($25,4 min - İF) çox nağd vəsaitin Azərbaycana qanunsuz yolla gətirilməsinin qarşısını alıblar. Bu barədə Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Koltsovo hava limanında Yekaterinburq-Bakı reysinin sərnişini çamadanda 1,7 mln. rubldan çox pul vəsaitini keçirməyə cəhd edib. O, gömrük əməkdaşlarına pulun məbləğinin bəyan edilməsinin vacib olduğunu bilmədiyini deyib”, - deyə məlumatda qeyd olunur.
Sərnişinin 10 min dolları qaytarılıb, qalan pul isə müsadirə edilib. Bu şəxsə qarşı inzibati iş başlanıb. O, müsadirə edilmiş məbləğin 50%-dən 2 mislinə qədər cərimələnə bilər.
"Qanuna əsasən, 10 min dollardan çox məbləğ keçirmək istəyərkən "qırmızı dəhliz"ə getmək lazımdır. Nağd pulun bəyannamədə qeyd edilməsinə görə heç bir rüsum yoxdur. Sadəcə, böyük məbləğdə vəsaitin ölkədən çıxarılması barədə məlumat vermək vacibdir", - deyə Koltsovo hava limanının gömrük postunun rəis müavini Sergey Borovik bildirib.*
F.İsazadə