2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% - 1 mlrd. 840,2 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 714,1 min ton avtomobil benzini (artım 2,3%), 1 mln. 249,4 min ton dizel yanacağı (artım 6,9%), 170,4 min ton birbaşa qovulan benzin (artım 26,8%), 350,8 min ton ağ neft (artım 0,5%), 63,3 min ton soba mazutu (artım 72%) istehsal edilib.
Yanvar-iyul aylarında sürtkü yağlarının istehsalında 79,8% - 12,4 min tonadək, neft bitumu istehsalında 19,4% - 132,4 min tonadək, neft koksu istehsalında 4,8% - 144,4 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.*
N.Abbasova