OPEC+ ölkələri iyulda sövdələşməni 156% yerinə yetirib ki, bu da gündəlik neft hasilatının razılaşdırılan həcmdən 455 min barel çox azalması deməkdir. Bu barədə “İnterfaks”a mənbə məlumat verib.
Qeyri-OPEC ölkələri ötən ay sövdələşməni 166%, yəni nəzərdə tutulandan 253 min barel çox yerinə yetirib.
Beləliklə, saziş 159% (gündəlik təxminən 700 min barel) yerinə yetirilib.
Mənbə bildirib ki, daha çox azalma qeyri-OPEC ölkələrindən Rusiya və Malayziya hesabına mümkün olub.*