2019-cu ilin birinci yarısında Azərbaycana 576,5 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $130 mln. 159,7 min (artım 37,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $54 mln. 540,1 min dəyərində (artım 2,4 dəfə) 144,2 min ton şəkər xammalı və şəkər (artım 2,5 dəfə), $49 mln. 717,3 min dəyərində (azalma 11,2%) 65,295 min ton bitki yağı (artım 0,9%), $23 mln. 993,2 min dəyərində (artım 0,4%) 6,23 min ton çay (artım 1,7%), $32 mln. 556,8 min dəyərində (azalma 17,5%) 6,525 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 2,4%) idxal edilib.
Yanvar-iyun aylarında ayında respublikaya $13 mln. 771 min dəyərində (artım 13,4%) 4,361 min ton iribuynuzlu heyvan əti (artım 8,8%), $18 mln. 561,2 min dəyərində (artım 11%) 17,256 min ton quş əti və quş əti məhsulları (artım 14%) idxal olunub.
Yanvar-iyun aylarında respublikaya $61 mln. 746,4 min dəyərində (artım 14,4%) 63,251 min ton meyvə (artım 2,4%), $8 mln. 129,1 min dəyərində (artım 31,8%) 15,893 min ton tərəvəz (artım 39,2%), $23 mln. 886,1 min dəyərində (artım 16,7%) 91,442 min ton kartof (artım 13,6%) idxal edilib.
Hesabat dövründə ölkədən $153 mln. 258,1 min dəyərində (artım 1,7%) 163,9 min ton tərəvəz (artım 19,7%), $136 mln. 662,2 min dəyərində (artım 42,1%) 97,349 min ton meyvə (artım 31,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $11 mln. 186,7 min dəyərində (azalma 9,7%) 25,462 min ton şəkər (artım 22,3%), $3 mln. 138,8 min dəyərində (azalma 26%) 3,192 min ton bitki yağı (azalma 35,2%) ixrac edilib.
Həmçinin birinci yarımillikdə Azərbaycandan $6 mln. 311,1 min dəyərində (аrtım 22,6%) 5,644 min ton meyvə və tərəvəz şirələri (artım 37,9%), $2 mln. 997,4 min dəyərində (azalma 25,2%) 231,5 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 27,3%), $4 mln. 211,7 min dəyərində (аrtım 14,8%) 3 min 225,5 ton meyvə və tərəvəz konservləri (artım 10,5%), $6 mln. 443,6 min dəyərində (artım 28,1%) 2,951 min ton tütün (artım 1,9 dəfə) ixrac edib.*
B.Rüstəmbəyov