Kənd Təsərrüfatı Nazirliyi Qobustan rayonunda yerləşən pestisid tullantıları poliqonunda təmir işləri aparmağı planlaşdırır.
www.tender.gov.az saytında verilən məlumata görə, nazirlik «RR Project» MMC ilə sözügedən işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlayıb.
Bundan başqa, “RR Project” müqavilə çərçivəsində müasir pestisid tullantıları poliqonunun tikintisi layihəsini hazırlayacaq.
Müqavilənin dəyəri 58,8 min manatdır.*
B.Rüstəmbəyov