2019-cu ilin I yarısında Azərbaycana 178,6 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 10,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyun aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $60 mln. 99,3 min (artım 36,9%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $3 mln. 426,8 min dəyərində (azalma 40,3%) 16 min 275,1 ton (azalma 32,7%) sement və sement klinkeri idxal edilib.
Yanvar-iyun aylarında respublikaya $26 mln. 110,5 min dəyərində (artım 3,5%) 22 min 403,4 ton (artım 15,1%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $109 mln. 25,4 min dəyərində 146,4 min ton metalyayma məhsulu (artım 3,6%), $37 mln. 940,7 min dəyərində 68 min 214,6 ton qara metaldan hazırlanan çubuqlar (azalma 5,3%), $13 mln. 34,8 min dəyərində 17 min 876,5 ton qara metaldan hazırlanan günyə (artım 24,8%), $125 mln. 755,5 min dəyərində (azalma 20%) 89 min 442,4 ton qara metaldan hazırlanan boru (azalma 2,3%) idxal edilib.*
B.Rüstəmbəyov