Azərbaycan 2019-cu ilin I yarısında $138 mln. 56,32 min dəyərində pomidor ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"I yarımillikdə Azərbaycan $138 mln. 56,32 min dəyərində 129,293 min ton pomidor ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 5%, dəyər ifadəsində 1,4% azalıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Belə ki, cari ilin yanvar-iyun aylarında Rusiyaya $137 mln. 533,47 min dəyərində 120,07 min ton pomidor (bütün ixracın 93%-i – İF) ixrac olunub. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 11,5%, dəyər ifadəsində 1,5% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə $177 mln. 380,78 min dəyərində 171,921 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $176 mln. 263,12 min dəyərində 170,315 min ton pomidor ixrac olunub.*
B.Rüstəmbəyov