Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi avtomobillərin alınmasına 33 min manat yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, komitə avtomobilləri “Azərmaş” MMC-dən alacaq.
Müqavilənin ümumi dəyəri nəzərə alınmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2 ədəd avtomobilin alınması ehtimal olunur.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub.
Bu il zavodda 3 min ədəd minik avtomobilinin istehsalı planlaşdırılır.*
B.Rüstəmbəyov