İqtisadiyyat Nazirliyi “R.V. Investment Group Services, LLC”nin (Amerika) Azərbaycanın 6 qızıl-filiz yatağının işlənməsi haqqında müqavilədəki payının alqı-satqısı üsulunun müəyyən edilməsi üçün məsləhətçi cəlb edib.
“R.V. Investment Grouр Services LLC” «Anglo Asian Mining PLC» şirkətinin (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF) törəməsidir.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «OMNI» MMC Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl-filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında müqavilədə “R.V. Investment Group Services, LLC”nin iştirak payının alqı-satqısı üsulunun müəyyən edilməsi və bu sövdələşmənin həyata keçirilməsi üzrə məsləhətçi xidmətləri göstərəcək.
“OMNI” MMC ilə imzalanmış müqavilənin dəyəri 265 min manatdır.*
N.Abbasova