Rusiyanın Kostroma vilayətindən olan iş adamları 26-29 avqust tarixlərində Azərbaycanda işgüzar səfərdə olacaqlar.
Biznes-missiya "Beynəlxalq Kooperasiya və İxrac" milli layihəsi çərçivəsində regional İnvestisiyalar və Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən Kiçik və Orta İxracatçılar Assosiasiyasının və Rusiya İxrac Mərkəzinin dəstəyi ilə təşkil olunacaq.
“Biznes-missiya sahibkarlara yeni işgüzar əlaqələr qurmağa və öz məhsullarının xaricə ixracı ilə bağlı razılıq əldə etməyə imkan yaradacaq”, - deyə məlumatda bildirilir.
Səfər proqramında Azərbaycandan olan potensial biznes tərəfdaşlarla fərdi danışıqlar, əməkdaşlıqda maraqlı olan şirkətlərlə əlaqə mübadiləsi, Azərbaycan müəssisələrinə səfərlər, Rusiya İxrac Mərkəzinin regional nümayəndəsi ilə görüş planlaşdırılır.
Biznes-missiyanın hər bir iştirakçısı fəaliyyət istiqaməti üzrə Azərbaycandan olan potensial tərəfdaşlarla ən azı 5 görüş keçirəcək.*
N.Abbasova