Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliyi təsdiq edib. Dəyişiklik tənzimləyiciyə haqların ödənilməsi qaydasını pozan maliyyə bazarı iştirakçılarının cərimələnməsini nəzərdə tutur.
Dəyişikliyin mətni bu gün dövlət başçısının saytında dərc olunub.
İnzibati Xətalar Məcəlləsinin 471-ci maddəsinə edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcək.*
Ə.Məmmədov