Bu gün səhər Azərbaycanın qərbində 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Zəlzələ bir neçə rayonda hiss olunub.
“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, saat 09:41-də Gəncə stansiyasından 43 km cənubda, Kəlbəcər-Goranboy rayonları sərhədində, 11 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə