2019-cu ilin birinci yarısında Azərbaycan $16 mln. 257,34 min dəyərində təzə alma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-iyun aylarında Azərbaycan $16 mln. 257,33 min dəyərində 39,355 min ton alma ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 57,8%, dəyər ifadəsində 49,4% artıb", - deyə məlumatda bildirilir.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Cari ilin I rübündə RF-yə $15 mln. 259,33 min dəyərində (artım 43%) 37,354 min ton təzə alma (artım 52,4%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan alma ixracının 95%-i Rusiyanın payına düşüb.
2018-ci ildə Azərbaycan $38 mln. 37,17 min dəyərində 89,866 min ton alma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi - 82,398 min ton ($34 mln. 548,26 min) Rusiyanın payına düşüb.*
B.Rüstəmbəyov