“Bakı Metropoliteni” QSC bu gün Rusiyanın "Transmaşholdinq" QSC-nin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 81-765.Б/766.Б modelli 10 vaqondan ibarət növbəti iki qatarı xəttə buraxıb..
“"Metrovaqonmaş” ASC ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı Metropoliteni üçün 4-cü nəslə aid 81-765.Б/766.Б modelli 30 vaqonun istehsalı nəzərdə tutulur. 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 2-də Azərbaycana yola salınaraq, sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb. Qalan 10 vaqondan ibarət son iki qatar isə avqust ayının sonuna kimi Bakıya gətiriləcək. Sentyabr ayında həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq”, - deyə məlumatda qeyd olunur.
Bakı Metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.*
N.Abbasova