“AzerGold” QSC kəşfiyyat qazma işlərinin həyata keçirilməsinə 10 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, "AzerGold" «AZ Dağ-Mədənistismar» MMC-ni qazma podratçısı qismində cəlb edib. Şirkətlə 10 mln. 307 min 1,46 manat ($6 mln. 62,942 min – İF) dəyərində müvafiq müqavilə bağlanıb.
Bununla belə, kəşfiyyat işlərinin aparılacağı ərazilər barədə məlumat verilmir.
Bu il “AzerGold” “Çovdar” yatağının yeraltı (sulfid) fazasının texniki-iqtisadi əsaslandırmasını yekunlaşdırmağı planlaşdırır. Həmçinin “Filizçay” yatağı, “Ağyoxuş”, “Tülallar” və Ortakənd-Xanağa perspektiv sahələrində qazma işlərinin və müvafiq tədqiqatların həyata keçirilməsi prioritet vəzifələrdir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova