Azərbaycan 2019-cu ilin I yarısında Qazaxıstandan 224,7 min ton buğda alıb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Azərbaycan cari ilin yanvar-iyun aylarında Qazaxıstan buğdasının idxal həcminə görə üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında respublika 576,5 min ton buğda idxal edib. Beləliklə, Azərbaycana buğda idxalında Qazaxıstanın payı 39% təşkil edir.
Bütövlükdə, Qazaxıstan yanvar-iyun aylarında $532,9 mln. dəyərində 3 mln. ton buğda ixrac edib. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə buğdanın ixrac həcmi 2,6% azalıb, gəlir 16,2% artıb.
Hesabat dövründə Qazaxıstan buğdasının əsas alıcıları Özbəkistan (1,1 mln ton), Tacikistan (520,9 min ton), Azərbaycan (224,7 min ton), Çin (197,3 min ton), Türkmənistan (171,8 min ton), Əfqanıstan (135,5 min ton), Türkiyə (110,5 min ton), İtaliya (106,4 min ton), Rusiya (94,3 min ton), Qırğızıstan (85 min ton) və Gürcüstan (48,8 min ton) olub.*
B.Rüstəmbəyov