Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri Bakıda yerləşən tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinə cəlb edilib.
Nazirliyin məlumatına görə, FHN-in “qaynar xətti”nə Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə yanğınla bağlı məlumat daxil olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.
"Hələlik təcili yardıma 2 nəfər müraciət edib", - deyə məlumatda qeyd olunur.
Bakı Nəqliyyat Agentliyi sözügedən istiqamətdəki bəzi küçələrdə nəqliyyatın hərəkətinin qismən və tam məhdudlaşdırıldığını bildirir. Məqsəd xüsusi texnika və avtomobillərin hadisə yerinə maneəsiz hərəkət etməsinə şəraitin yaradılmasından ibarətdir.*
F.İsazadə