Bakıda tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 20-dən çox texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Bu barədə nazirliyin məlumatında deyilir.
"Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub”, - deyə məlumatda bildirilir.
Yanğının sahəsi 1,5 min kvardratmetrdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 5 nəfərə (onlardan 4-ü FHN-in əməkdaşıdır) tibbi yardım göstərilib. Üç nəfər (onlardan 2 nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib.*
F.İsazadə