Ağsu rayonunun Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 ədəd helikopteri cəlb olunub.
“Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonunun Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb”, - deyə nazirliyin məlumatında bildirilir.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.*
F.İsazadə