Bakıda tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb. Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.
“Yanğın üç saatdan çox davam edib. Yanğının söndürülməsinə 25-dən çox texnika və 250-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının sahəsi 1,5 min kvardratmetrdən artıqdır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, yanğın zamanı ciddi xəsarət alan olmayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanğının söndürülməsində iştirak etmiş FHN-in 5 əməkdaşı tibbi yardım üçün müraciət edib.*
F.İsazadə