Dünən Bakıda tikinti materialları bazarında baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları evə buraxılıblar. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yanğınla əlaqədar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan FHN əməkdaşları artıq xəstəxanadan buraxılıblar. Hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə