2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 mlrd. 121 mln. 434,1 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 896,2 min nəfər (artım 26%), dəniz nəqliyyatı ilə 11,2 min nəfər (artım 23,1%), hava nəqliyyatı ilə 1 mln. 481,7 min nəfər (artım 8,4%), metro vasitəsi ilə 134 mln. 353,8 min nəfər (azalma 0,4%) daşınıb.
Cari ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı vasitələri ilə 983 mln. 691,1 min sərnişin (artım 2,1%), avtobuslarla 943 mln. 785,2 min sərnişin (artım 2,1%), taksilərlə 39,896 mln. sərnişin (artım 3,1%) daşınıb.*
B.Rüstəmbəyov