Hacıqabul rayonunda «Mercedes» markalı mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib. Onlardan 5 nəfəri qadın, 3-ü isə kişidir”, - deyə məlumatda bildirilir.
Yaralılardan 6-sının xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılacaqlar. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Onların vəziyyətləri orta-ağır sabit qiymətləndirilir.
Qeyd edək ki, Yevlax rayonundan gələn mikroavtobus iribuynuzlu heyvanın yolun hərəkət hissəsinə çıxması nəticəsində yoldan çıxaraq aşıb.*
F.İsazadə