Azərbaycan prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə ukraynalı həmkarı Vladimir Zelenskini təbrik edib.
“Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm”, - dövlət başçısının saytında dərc olunan Əliyevin təbrik məktubunda deyilir.
Əliyev, “ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə” inandığını bildirib. **
Ə.Məmmədov