İraq və İrana hücum məqsədilə İsrail dronlarının Azərbaycana gətirilməsi barədə məlumat həqiqətə uyğun deyil. Bu barədə “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb”, - nazirlikdən bildirilir.
Qeyd edək ki, "Haşdi Şaabi" silahlı qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İranı hədəf almaq üçün Azərbaycana gətirməkdə günahlandırıb. **
Ə.Məmmədov