Fövqəladə Hallar Nazirliyi Oğuz rayonunda meşədə baş verən yanğının söndürülməsinə “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və helikopterlər cəlb edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
“Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib”, - məlumatda deyilir.
Nazirlik yanğının miqyası və səbəbləri barədə məlumat vermir. **
N.Abbasova