Vaşinqton Tehranda hakimiyyətin dəyişəcəyinə inanmır. Bu barədə ABŞ prezident Donald Tramp bəyan edib.
"Biz rejimin (İranda - İF) dəyişəcəyini gözləmirik. Son iyirmi il ərzində hakimiyyəti dəyişdirmək cəhdlərinin necə həyata keçirildiyinə baxın – bu, çox da yaxşı olmayıb”, – deyə o, Misir prezidenti Abdel Fattah al-Sisi ilə görüşdən sonra bildirib.
"Biz İranı yenidən zəngin etməyə çalışırıq. Əgər onlar bunu istəsələr, uğur qazanacaqlar. Ya da nə qədər mümkündürsə, bir o qədər yoxsul ola bilərlər", - deyə ABŞ prezident vurğulayıb.
D.Tramp xatırladıb ki, ABŞ İrandan onun nüvə silahına malik olmadığına dair zəmanət almaq istəyir. Bununla əlaqədar o qeyd edib ki, Obamanın bağladığı Tehranın nüvə proqramına dair saziş çox tezliklə qüvvədən düşəcək.*