Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.
Bu gün M.Əliyevanın doğum günüdür
"Ən yüksək peşəkar nüfuzunuz və parlaq idarəetmə bacarıqlarınız, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyiniz böyük töhfə heyranlıq doğurur", - deyə Savelyev M.Əliyevaya ünvanladığı hökumət teleqramında bildirib.
Rusiyalı deputat qeyd edib ki, inanılmaz yaradıcılıq enerjisi, böyük iş qabiliyyəti, əldə edilən nəticəni daim təkmilləşdirmək cəhdi və qarşısına daha çətin vəzifələr qoymaq istəyi - hər mənada görkəmli şəxsiyyətin bu etalon keyfiyyətləri onun üçün hər zaman Azərbaycanın birinci vitse-prezidentinin adı ilə bağlı olacaq.
D.Savelyev M.Əliyevaya möhkəm cansağlığı, sevinc və ailə səadəti arzulayıb. Teleqramda deyilir: "Qoy Sizi hər zaman sadiq dostlar və sizi sevən yaxınlarınız əhatə etsin. Bütün planlarınızda uğurlar arzu edirəm!".*
F.İsazadə