Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MIDA” MMC Güzəştli Mənzil Sisteminin verilənlər bazası üçün zəruri lisenziyaların, sistemin informasiya təhlükəsizliyi üzrə həllinin və proqram təminatlarının satın alınmasına 1 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, MİDA iki şirkətlə ümumilikdə 1 mln. 28 min 596,56 manat dəyərində müvafiq müqavilələr bağlayıb.
«Smart IT» MMC ilə Güzəştli Mənzil Sisteminin verilənlər bazası üçün zəruri lisenziyaların satın alınması haqqında 617 min 470,4 manat dəyərində müqavilə bağlanıb.
Bundan başqa, “R.İ.S.K. elmi istehsalat şirkəti” QSC ilə Güzəştli Mənzil Sisteminin informasiya təhlükəsizliyi üzrə həllinin, texniki dəstək xidmətinin və tələb olunan proqram təminatlarının satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 411 min 126,16 manatdır.*
N.Abbasova