Fövqəladə Hallar Nazirliyi (FHN)ölkənin şimal və cənubunda meşə yanğınları ilə mübarizəyə 900 nəfərdən artıq canlı qüvvə cəlb edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Yanğınsöndürmə əməliyyatlarına FHN-in 900 nəfərdən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 4 helikopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub”, - deyə məlumatda bildirilir.
Həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Lerik, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb.
“Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə