Azərbaycan 2019-cu ilin I yarısında $20 mln. 306,24 min dəyərində şokolad idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-iyun aylarında Azərbaycan $20 mln. 306,24 min dəyərində 7,984 min ton şokolad idxal edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi miqdar ifadəsində 4,6%, dəyər ifadəsində 9% artıb", - deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Cari ilin I yarısında RF-dən $13 mln. 483,39 min dəyərində (artım 15,8%) 5,815 min ton şokolad (artım 13,9%) idxal edilib. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana şokolad idxalının 72,8%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır. Yanvar-iyun aylarında bu ölkədən $1 mln. 958,78 min dəyərində 973,32 ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında $1 mln. 814,75 min dəyərində (azalma 8,2%) 862,3 ton şokolad (azalma 4,1%) ixrac edib. Rusiyaya $831,34 min dəyərində (azalma 0,7%) 391,81 ton şokolad (azalma 0,8%) ixrac edilib.*
B.Rüstəmbəyov