Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Gəncə şəhərində tikinti materialları bazarında baş vermiş yanğını söndürüb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda “DAŞQIN” inşaat materialları bazarında yanğın olması barədə məlumat daxil olub. Yanğın nəticəsində ümumi sahəsi 1400 m² olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb”, - deyə məlumatda bildirilir.
Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 01:16-da söndürülüb.*
F.İsazadə