Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Gəncə şəhərində çoxmənzilli yaşayış kompleksinin tikinti layihəsini hazırlamaq məqsədilə şirkət seçir. Bu barədə MMC-nin elanında deyilir.
“Kompleks 6,23 hektar ərazidə Bayraq küçəsində inşa olunacaq. Yaşayış kompleksinin tikinti layihəsini hazırlanması açıq tender üsulu ilə keçirilir. Tender təkliflərinin dəyərləndirilməsi zamanı aşağı dakı meyarlar əsas götürüləcək: aşağı qiymət, müqavilənin zamanında icrası, maliyyə və kadr imkanları və təcrübə”, - məlumatda qeyd olunur.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 24 sentyabr saat 17:00-dək qəbul olunur. Tender proseduru sentyabrın 25-də saat 15:00-da baş tutacaq.
Xəbər verildiyi kimi, hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edir.**
N.Abbasova