Şəki rayonunun Çeşməli kəndində toyda 21 nəfər zəhərlənib. Bu barədə bu gün Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar”, – deyə məlumatda bildirilir.
Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.*
Ə.Məmmədov